"Dam" anlayışı haqda

Dam dedikdə - tikililərin xarici təsirlərdən qorunması məqsədilə istifadə edilən, binanın quruluş sisteminin özək elementlərindən olan, binanın həm zahiri görünüş, həm də keyfiyyətini səciyyələndirən örtük başa düşülür. 

Bu baxımdan sifarişçilər də, binanı layihələndirən memarlar da dam örtüklərinin seçilməsi və quraşdırılmasına xüsusi önəm verir. Təbii ki, damın quraşdırılması, tikintisi mərhələsində bir çox problemlərlə qarşılaşılır. Bu sahədə mütəxəssis olmayan birinin müasir dövr mövcud çoxsaylı təkliflər arasında düzgün seçim etməsi qəlizləşir.

Dam örtüyünün materialı, növü binanın layihəsindən, konstruksiyasından asılı olaraq müəyyən edilir.

Dam binanın yuxarı örtük kostruksiyasıdır, su və günəş izolyasiyası funksiyalarını yerinə yetirir, dayanıqlı olması ən vacib göstəricisidir.

Dam örtüyü damın ən üst qat elementidir və binanı hər cür ətraf mühit təsirlərindən qoruyur.