Haqqımızda

Bizim şirkət həm də aşağıdakı xidmətləri təqdim edir:

  • Sifarişçinin istəyindən dam örtüyü konstruksiyasının layihəsindən aslı olaraq dam örtüyü materialının seçilməsi;
  • Material və ləvazimatların zəruri miqdarının hesablanması, smetanın(hesabat)  hazırlanması ;
  • Dam örtüyü materiallarının satışı: bizim şirkətdə dam örtüyü, kirəmit, novlar, mansard pəncərələri və başqa materiallar almaq olar-uyğun qiymət, endirim;
  • Dam örtüyü materiallarının quraşdırılması  və tətbiqinə aid texniki məsləhət;
  • Obyektə materialların, novların, mansard pəncərələrinin və digər aksesuarlar və ləvazimatların çatdırılması;
  • obyektlərin dam örtüyünün bərkidilməsi və texniki detalların dəqiqləşdirilməsi üçün mütəxəssislərin göndərilməsi;
  • Mansardda Fakro mansar  pəncərələrinin quraşdırılması;

Dam örtüyü işləri –kiriş (stropilka)sistemindən başlamış kirəmitin düzülməsinə qədər və zəruri aksesuarların quraşdırılması kimi bütün işlər  damların inşası və dam örtüklərinin  montajı adlanır. Dam örtüklərinin quraşdırılması,dam örtüyünün montajının texnologiyası. Bütün evlərin və damların uzunömürlülüyü dam örtükləri işlərinin keyfiyyətli  görülməsindən aslıdır.

Siz  bizim şirkətdən dam örtükləri materiallarını və lazımi aksesuarları əldə edə bilərsiniz. Bizim mütəxəssislər materialların seçimində sizə müəyyənləşmədə kömək edəcəklər, “dam örtüklü piroqun” düzgün quraşdırılması üçün bütün zəruri elementləri əlverişli qaydada yığacaqlar, və varqüvvəsi ilə çalışacaqlar ki, siz nəinki evinizin gözəl və etibarlı dam örtüyündən, həm də bizim xidmətlərdən də razı qalasınız!

 

 

Dam.az” şirkəti dam örtüyü materialların, mansard pəncərələrin, nov sistemlərinin, dam örtüyü izolyasiyası, isidicilər, asma tavanlar, ventilyasiya sistemi və bir çox digər materialları təqdim edir.

Firma ölçülmədən başlamış, yığılma, çatdırılma və bitirmə işlərinə qədər  bütün işləri  kompleks həyata keçirir. Şirkət, uyğun endirim sistemi, obyekti komplektləşdirmə və materialların dəyişdirilməsi imkanlarını tətbiq edərək, dam örtüklərinin müasir texnologiyalarından istifadə edir.Müəsissə, hər bir dam örtüyü materiallarının xüsusiyyətlərinə çox böyük diqqət yetirərək, həm standart işləri yerinə yetirir, həm də qeyri-standart məmulatlar hazırlayır.

zim şirkət Weckman (Finlandia), Gerard (Yeni Zellandia), Ruukki (Ukraina, Estonia), Yıldızboоnd (Türkiyə), Metehe OY (Finlandia), Feroof (Koyeya), Adamante (Polşa), Imbrex, Meteboond (Azərbaycan) kimi yerli və böyük dünya istehsalçılarının istehsalı olan metalkirəmitin böyük çeşidini təqdim edir. Demək olar ki, metalkirəmitlərin bütün növləri istisinklənmiş poladdan hazırlanıb polimer örtüyə və geniş rəng qammasına malikdir ki, bu da hər bir sifarişçinin təklifin razı salacaq məmulatlara yüksək keyfiyyət və etibarlılıq verir. Eyni zamanda metalkirəmitin seçmə növü-kompozitli(mürəkkəb qarışıqlı) kirəmit təqdim olunur. Belə kirəmitin polad lövhəsi alüminiumsink xəlitəli layla qorunur, xarici hissə isə bazalt dənəcikləri ilə örtülmüşdür. Kompozitli kirəmitin əsas üstünlüyü ondadır ki, onun kiçik çəkisi (6,5 kq/м2), konstruksiyasında kirəmitin həqiqi kütləsi nəzərə alınmayan damlarda bu tip dam örtüyü materiallardan istifadə etməyə imkan verir.

Dam örtüyü sistemlərində, bir qayda olaraq, atmosferdən dam örtüyünə daxil olan xarici və daxili nəmişliyi aradan qaldıran havalandırma dəliklərinin təchizatına və hidroizolyasiya təbəqələrinin quraşdırılmasına diqqət yetirilir. Bu dam örtüyünün və bütün binanın uzun müddət xidmətini təmin etmək üçün lazımdır. Havalandırma sayəsində dam örtüyü materialı bina tərəfdən qizmayacaq, damda olan qar bərabər əriyəcək və bu da buzlaşmanın əmələ gəlməsinin və asma nov və novalçaların dağılması problemini həll edəcəkdir.

Son vaxtlar yumşaq bitum elastiki kirəmit adlanan dam örtüyü materialı böyük maraq doğurur. Bizim bazarda bu materialları Katepal (Finlandiya), Teqola (Finladiya), Onduline (Türkiyə) firmaları təqdim edir. Dam örtüyü lövhələri şəxsi tikililərdə, yaşayış və sənaye tikintisində geniş istifadə olunur. Belə dam örtüyü materiallarının əsas üstünlüyü – montajın(hətta mürəkkəb damlarda da) əlverişliliyi və füsünkar dizaynıdır . Yumşaq kirəmitin digər növü –mis çəkilmiş elastiki kirəmitdir. Misin uzunömürlü metal olması hamıya məlumdur.

Damlarda düzgün və keyfiyyətli hidroizolyasiya quraşdırmaq üçün şirkət istifadə və montaj zamanı maksimal komfort yaradan bir neçə növ JUTA (Çexiya) və Tyvek (Dupon, Lüksemburq) nişanlı polimer lövhələr təqdim edir. Şirkətin mütəxəssisləri nəinki ən optimal variant seçməyə, hətta montaj və xidməti işləri aparmağa kömək edəcəklər.

Damın digər faydalı bəzəyi Fakro (Polşa) nişanlı mansard pəncərələr ola bilər. “Dam.az” şirkəti müxtəlif tipli damlar üçün mansard pəncərələrin bir neçə modelini seçməyi təqdim edir. Pəncərələrdə istiliyi əla qoruyan və ekstremal hava şəraitinə dayanıqlı ikiqat enerjiyə qənaət edən şüşə paketlər istifadə olunur.

Damın tamlığı və funksional tamamlanması sizin evinizə müxtəlif nov sistemləri əlavə edəcəkdir. Sifarişçilər üçün şirkət “Orima”(Finlandiya) dünya bazarında son dərəcə möhkəm, uzunömürlü və zərif məmulatlar təqdim edir.

Dam örtüyü materialının seçilməsi bina fasadının dizaynından və döşəməsinin texnologiyasından aslıdır, və materialların belə müxtəlifliyi arasında bu sahədə mütəxəssis olmayan adam üçün səmtlənmək çox çətindir. Yalnız peşəkarlar bu sahədə təcrübəsiz sifarişçiyə düzgün seçim etməkdə kömək edə bilərlər.

Materialların uzun illər sizə xidmət etməsi üçün «Dam.az» şirkəti damların quraşdırılması üzrə kompleks xidmət təqdim edir: sərt və yumşaq dam örtüyü, mansard pəncərələrin və nov sistemlərinin quraşdırılması, mansard mərtəbəsinin üstünün tikilməsi və yaşayış olmayan çardaqların işıqlı və rahat mansarda çevrilməsinin təchizatı.

Şübhə etmək olmaz ki, belə zəngin material arsenalı və ən başlıcası- “Dam.az” şirkətinin mütəxəssislərinin peşəkar montajı, bağ evlərinin və lüks koteclərin sahiblərinin uzunömürlülük, stil və komfortla təminetmə imkan verəcəkdir.