Dam Örtüyü Neçəyədir?

Dam örtüyü materialı seçəndə və alanda tez-tez verilən suallardan biri – “Dam örtüyü materialı neçəyədir?” sualıdır. Həmin an bu suala birmənalı cavab vermək olmaz. Bu məqalədə bi çalışacayıq ki, “hər kvadrat metrin qiyməti” necə hesablanır. Birincisi, siz dam örtüyü materialının seçimini müəyyən etməlisiniz. Bu elastiki kirəmit, keramik kirəmit, dam örtüyü şisti(slanec), metalkirəmit, kompozitli kirəmit və s. ola bilər. Dam örtüyü materialını seçmək məsələsini evin layihələndirilməsi zamanı seçmək daha yaxşı olardı, çünki müxtəlif növ dam örtüyü materiallarının öz dam örtüyü konstruksiyası vardır. Bu da materialların öz çəkilərinə görə və quraşdırma üsuluna görə olan fərqlərdir. Məsələn, elastiki kirəmit keramik kirəmitdən 5-6 dəfə yüngül olduğuna ğörə , ona bütöv oturacaq lazımdır. Keramik kirəmit üçün isə gücləndirilmiş çatı(stropil) sistemi və müəyyən addımla qurulmuş şəbəkə(kirəmitin növündən aslıdır) lazımdır. Yadda saxlamaq lazımdır ki, qiymətli materialların (məs. keramik kirəmit) bəzi növləri təhcizatçının anbarında həmişə olmur və onu əvvəlcədən sifariş vermək lazımdır. (çatdırılma müddəti 2 həftədən 2 aya qədər uzana bilər). İkincisi, dam örtüyü materialının rəngini, örtüyünü, modelini və istehsalçısını seçmək lazımdır. Bu məqam da dam örtüyünün ümumi qiymətinə təsir göstərəcək. Bizim şirkətin menecerləri sizin istəklərinizə və evinizin damına uyğun material seçməkdə sizə kömək göstərəcəklər və dam örtüyünün quraşdırılması üçün zəruri material və əlavə elementlərin miqdarının dəqiq hesabını aparacaqlar. Həmçinin, bizim mütəxəssislər onun düzgün qurulması üçün məsləhət də verəcəklər. Hər bir dam fərdidir (individualdır) və onun qiymətini dam örtüyünün təqdim olunan layihəsi əsasında dəqiq hesablamalardan sonra və ya mütəxəssisin obyektə (ölçü planını götürmək üçün) baxışından sonra demək olar. Bu qiymətə dam örtüyünün öz qiymətindən başqa örtük təhcizatı və örtük konstruksiyasının əlavə elementlərinin də qiyməti daxil olacaq. Uyğun olaraq, dam nə qədər mürəkkəb olarsa, ona daha çox elementlər və örtük təhcizatı lazım olacaq. Bununla bağlı olaraq, dam örtüyünün kvadrat metrinin qiyməti artır. Eləcə də mürəkkəb damda materialın “kəsiklərinə”də əlavə israf nəzərə alınmalıdır. Bəzi dam örtüyü materiallarının mürəkkəb quruluşlu damları üçün belə məsrəf 50%-ə çata bilər. Dam örtüyünün mürəkkəbliyi mail örtüyün sayı və həndəsi forması ilə müəyyən olunur. 1-dən 4-ə qədər sayı olan dam örtüyü sadə örtük sayılır, 4-10 arasında orta mürəkkəb, sayı 10- dan yuxarı olanlar isə mürəkkəb dam örtüyü sayılır. Bir mailli (ən çox eyvan və səkilərin, məişət tikililərinin , anbarların tikintisi zamanı istifadə olunur) və ikimailli damlar ən sadə damlar hesab olunur. Dam örtüyü sisteminin komplektasiyasına (təhcizatına) aşağıdakı əlavə elementlər və ləvazimatlar (dam örtüyü materialının konstruksiyasından və növündən aslı olaraq) daxildir: -tinlik(konyok) elementləri; -karniz, külək plankaları; -divara və borulara bitişdirmə elementləri; -örtükaltı havalandırma elementləri (aerator); -Keçid elementləri (antena, kanalizasiya çıxışları və s. ); -bərkitmə elementləri; -təhlükəsizlik və qartutucu elementlər; -çıxıntıların alt hissələrinin bağlanması üçün elementlər və materiallar; -dekor elementləri və dam örtüyünün bəzədilməsi; -istilik izolyasiyası, hidroizolyasiya, buxar izolyasiyası (mansard dam örtüyünün qızdırılması üçün); -taxta konstruksiyalı elementlər (çatı sistemi, şəbəkə); -mansard pəncərələri; -nov sistemi elementləri. Dam örtüyünün son qiyməti dam örtüyü materiallarının qiyməti ilə dam örtüyü aksesuarlarının, ləvazimatların və əlavə elementlərinin qiymətinin cəmindən ibarət olacaqdır. Dam örtüyü materiallarının təxmini qiymətini Dam örtüyü kalkulyatoru səhifəsində hesablamaq olar. Dam örtüyü işlərinin də qiymətini nəzərə almaq lazımdır. Adətən, montajın qiyməti materialın qiymətinin 50-100%-ni təşkil edir və örtüyün sahəsindən, damın hündürlüyündən və mürəkkəbliyindən, obyektin uzaqlığından və s. faktorlardan aslıdır. Siz mütləq yadda saxlamalısınız ki, ayrı-ayrı xidmətlər üçün kvadrat metr material deyil, dam örtüyü materialı əldə edirsiniz. Buna görə də, dam örtüyünün dəyərini zəruri materiallar, çatdırılma və montaj da daxil olmaqla kompleks qiymətləndirmək lazımdır. Sonda dam örtüyü materialların alınması zamanı lazım olacaq bir neçə məsləhət vermək istərdik: Dam örtüyü materialında və əlavə materiallarda qənaət etməyin. Material nə qədər ucuz olsa, onu tezliklə dəyişdirmək ehtimalı da böyükdür. Bahalı dam örtüyü düzəltdirmək yenisini tikdirməkdən yaxşıdır. Belə də ola bilər ki, ucuz material baha qiymətə, və əksinə alınar. Keyfiyyət heç vaxt ucuz olmur, buna görə də “Biz ele varlı deyilik ki, ucuz şeylər alaq” pafoslu sözləri dam örtüyü materialı seçimi zamanı həmişə aktualdır. Eyni sözlər əlavə materialların istifadəsinə də aiddir. Hər hansı bir elementə qənaət, və yaxud onun istifadəsinə etiraz, xoşagəlməz nəticələrə (sızma, kondensatın əmələ gəlməsi) gətirib çıxarır. Dam örtüyünün bütün konstruksiyalarını birlikdə alın. Ucuz materialların axtarışına çox vaxt sərf olunur. Müxtəlif yerlərdən sifariş verməklə, siz çatdırılmaya əlavə vəsait xərcləyəcəksiniz, axı materialı bir anbardan gətizdirmək, müxtəlif anbarlardan gətizdirməkdən daha ucuzdur. Daha bir məqam-orijinal əlavə materialları istifadə edərək, istehsalçıdan materiala qoyulan zəmanətdən azad ola bilərsiniz. Sonda məsrəflər qənaətlə nisbətdə daha çox olacaq. Həmçinin, bir çox dam örtüyü şirkətləri kompleks çatdırılmaya endirimlər edirlər. Dam örtüyü neçəyədir? Dam örtüyü materialı seçəndə və alanda tez-tez verilən suallardan biri – “Dam örtüyü materialı neçəyədir?” sualıdır. Həmin an bu suala birmənalı cavab vermək olmaz. Bu məqalədə bi çalışacayıq ki, “hər kvadrat metrin qiyməti” necə hesablanır. Birincisi, siz dam örtüyü materialının seçimini müəyyən etməlisiniz. Bu elastiki kirəmit, keramik kirəmit, dam örtüyü şisti(slanec), metalkirəmit, kompozitli kirəmit və s. ola bilər. Dam örtüyü materialını seçmək məsələsini evin layihələndirilməsi zamanı seçmək daha yaxşı olardı, çünki müxtəlif növ dam örtüyü materiallarının öz dam örtüyü konstruksiyası vardır. Bu da materialların öz çəkilərinə görə və quraşdırma üsuluna görə olan fərqlərdir. Məsələn, elastiki kirəmit keramik kirəmitdən 5-6 dəfə yüngül olduğuna ğörə , ona bütöv oturacaq lazımdır. Keramik kirəmit üçün isə gücləndirilmiş çatı(stropil) sistemi və müəyyən addımla qurulmuş şəbəkə(kirəmitin növündən aslıdır) lazımdır. Yadda saxlamaq lazımdır ki, qiymətli materialların (məs. keramik kirəmit) bəzi növləri təhcizatçının anbarında həmişə olmur və onu əvvəlcədən sifariş vermək lazımdır. (çatdırılma müddəti 2 həftədən 2 aya qədər uzana bilər). İkincisi, dam örtüyü materialının rəngini, örtüyünü, modelini və istehsalçısını seçmək lazımdır. Bu məqam da dam örtüyünün ümumi qiymətinə təsir göstərəcək. Bizim şirkətin menecerləri sizin istəklərinizə və evinizin damına uyğun material seçməkdə sizə kömək göstərəcəklər və dam örtüyünün quraşdırılması üçün zəruri material və əlavə elementlərin miqdarının dəqiq hesabını aparacaqlar. Həmçinin, bizim mütəxəssislər onun düzgün qurulması üçün məsləhət də verəcəklər. Hər bir dam fərdidir (individualdır) və onun qiymətini dam örtüyünün təqdim olunan layihəsi əsasında dəqiq hesablamalardan sonra və ya mütəxəssisin obyektə (ölçü planını götürmək üçün) baxışından sonra demək olar. Bu qiymətə dam örtüyünün öz qiymətindən başqa örtük təhcizatı və örtük konstruksiyasının əlavə elementlərinin də qiyməti daxil olacaq. Uyğun olaraq, dam nə qədər mürəkkəb olarsa, ona daha çox elementlər və örtük təhcizatı lazım olacaq. Bununla bağlı olaraq, dam örtüyünün kvadrat metrinin qiyməti artır. Eləcə də mürəkkəb damda materialın “kəsiklərinə”də əlavə israf nəzərə alınmalıdır. Bəzi dam örtüyü materiallarının mürəkkəb quruluşlu damları üçün belə məsrəf 50%-ə çata bilər. Dam örtüyünün mürəkkəbliyi mail örtüyün sayı və həndəsi forması ilə müəyyən olunur. 1-dən 4-ə qədər sayı olan dam örtüyü sadə örtük sayılır, 4-10 arasında orta mürəkkəb, sayı 10- dan yuxarı olanlar isə mürəkkəb dam örtüyü sayılır. Bir mailli (ən çox eyvan və səkilərin, məişət tikililərinin , anbarların tikintisi zamanı istifadə olunur) və ikimailli damlar ən sadə damlar hesab olunur. Dam örtüyü sisteminin komplektasiyasına (təhcizatına) aşağıdakı əlavə elementlər və ləvazimatlar (dam örtüyü materialının konstruksiyasından və növündən aslı olaraq) daxildir: -tinlik(konyok) elementləri; -karniz, külək plankaları; -divara və borulara bitişdirmə elementləri; -örtükaltı havalandırma elementləri (aerator); -Keçid elementləri (antena, kanalizasiya çıxışları və s. ); -bərkitmə elementləri; -təhlükəsizlik və qartutucu elementlər; -çıxıntıların alt hissələrinin bağlanması üçün elementlər və materiallar; -dekor elementləri və dam örtüyünün bəzədilməsi; -istilik izolyasiyası, hidroizolyasiya, buxar izolyasiyası (mansard dam örtüyünün qızdırılması üçün); -taxta konstruksiyalı elementlər (çatı sistemi, şəbəkə); -mansard pəncərələri; -nov sistemi elementləri. Dam örtüyünün son qiyməti dam örtüyü materiallarının qiyməti ilə dam örtüyü aksesuarlarının, ləvazimatların və əlavə elementlərinin qiymətinin cəmindən ibarət olacaqdır. Dam örtüyü materiallarının təxmini qiymətini Dam örtüyü kalkulyatoru səhifəsində hesablamaq olar. Dam örtüyü işlərinin də qiymətini nəzərə almaq lazımdır. Adətən, montajın qiyməti materialın qiymətinin 50-100%-ni təşkil edir və örtüyün sahəsindən, damın hündürlüyündən və mürəkkəbliyindən, obyektin uzaqlığından və s. faktorlardan aslıdır. Siz mütləq yadda saxlamalısınız ki, ayrı-ayrı xidmətlər üçün kvadrat metr material deyil, dam örtüyü materialı əldə edirsiniz. Buna görə də, dam örtüyünün dəyərini zəruri materiallar, çatdırılma və montaj da daxil olmaqla kompleks qiymətləndirmək lazımdır. Sonda dam örtüyü materialların alınması zamanı lazım olacaq bir neçə məsləhət vermək istərdik: Dam örtüyü materialında və əlavə materiallarda qənaət etməyin. Material nə qədər ucuz olsa, onu tezliklə dəyişdirmək ehtimalı da böyükdür. Bahalı dam örtüyü düzəltdirmək yenisini tikdirməkdən yaxşıdır. Belə də ola bilər ki, ucuz material baha qiymətə, və əksinə alınar. Keyfiyyət heç vaxt ucuz olmur, buna görə də “Biz ele varlı deyilik ki, ucuz şeylər alaq” pafoslu sözləri dam örtüyü materialı seçimi zamanı həmişə aktualdır. Eyni sözlər əlavə materialların istifadəsinə də aiddir. Hər hansı bir elementə qənaət, və yaxud onun istifadəsinə etiraz, xoşagəlməz nəticələrə (sızma, kondensatın əmələ gəlməsi) gətirib çıxarır. Dam örtüyünün bütün konstruksiyalarını birlikdə alın. Ucuz materialların axtarışına çox vaxt sərf olunur. Müxtəlif yerlərdən sifariş verməklə, siz çatdırılmaya əlavə vəsait xərcləyəcəksiniz, axı materialı bir anbardan gətizdirmək, müxtəlif anbarlardan gətizdirməkdən daha ucuzdur. Daha bir məqam-orijinal əlavə materialları istifadə edərək, istehsalçıdan materiala qoyulan zəmanətdən azad ola bilərsiniz. Sonda məsrəflər qənaətlə nisbətdə daha çox olacaq. Həmçinin, bir çox dam örtüyü şirkətləri kompleks çatdırılmaya endirimlər edirlər.