Tebii kiremit

Təbii keramik və sementli-qumlu kirəmit

Hazırkı dövrdə,  həm ənənəvi gilli keramik kirəmiti , həm də sementli-qumlu kirəmiti  təbii kirəmit hesab etmək qəbul olunmuşdur. Kirəmit-dünyada ən qədim dam örtüyü materialıdır. Kirəmitin fakturasının, rənginin, formasının gözəlliyi bir çox xalqlar üçün onilliklərin tarixi müddətində damların memarlıq görünüşünün estetik ideallığına xidmət etmişdir. Kirəmit altındakı ev klassikadır! Bundan gözəl nə ola bilər? Yalnız o evi bəzəkli daş zirehlə örtmə qabiliyyətinə malikdir-möhkəm və uzunömürlü.

Keramik kirəmit

Saytımızın  Koramic səhifəsində təqdim olunan alman keramik kirəmiti Rusiyada daha çox populyarlıq qazanmışdır. Bu yüksək keyfiyyətli dam örtüyü materialı çoxlu üstünlüyə malikdir-xarici estetik görünüş, etibarlılıq və uzunömürlülük, odadavamlılıq, ultrabənövşəyi şüalara ı, turşulu yağışlara, kəskin temperatur dəyişkənliyinə və digər iqlim faktorlarına  qarşı tam dayanıqlılıq. Alman istehsalçıları təsdiq edirlər ki, kirəmit istehsalı ənənəsi  Almaniyaya 2000 il bundan əvvəl qədim romalılar tərəfindən gətirilmişdir.  Belə bir fikir mövcuddur ki, gilli kirəmit qədim Misirdə 4000 il bundan əvvəl istifadə olunmuşdur. Belə ki, onu nahaq yerə dam örtüyü materialları arasında kraliça adlandırmırlar- bu misilsiz  estetikasına, etibarlılığına və uzunömürlülüyünə görə illərin sınanmış materialıdır. Keramik kirəmit bizim zamanımızda da  inşaatda aktiv istifadə olunan ən qədim dam örtüyü materialıdır. Keramik kirəmitin hazırlanma prosesisini bir neçə etapa bölmək olar – hazırlanmış gilə forma verilir, qurudulur, üstündən örtük çəkilir, sonra isə 1000 dərəcədə bişirilir.

Təmirə ehtiyac olmadan keyfiyyətli kirəmitin  xidmət müddəti  100 ildən çoxdur. Bununla yanaşı, bu müddət ərzində o bütün dekorativ xassələrini saxlayır. O odadavamlıdır, ultrabənövşəyi şüalara, turşulu yağışlara, kəskin temperatur dəyişkənliyinə və digər iqlim faktorlarına  qarşı tam dayanıqlılıqdır. Həmçinin, o kiçik istilikkeçiriciliyinə malikdir, həm də onun səsudma, statik  gərginliyi toplamamaq xüsusiyyəti də məlumdur.  Buna görə də Almaniyanın  dam örtüyü bazarının 80%-ni keramik kirəmit təşkil edir.

Kirəmitə müasir texnologiyalarla örtük çəkilməsi,  bol rəng seçimlərilə,  tutqun və ya parlaq səthlərlə təmin edir. Örtük kirəmitin xidmət müddətinə əsaslı təsir göstərmir, lakin onun xarici görkəmini təmamilə dəyişə bilir. Çox müxtəlif rəng seçimlərindən əlavə , keramik kirəmitin formalarının bol model seçimi də vardır.

Sementli-qumlu kirəmit

Axır zamanlarda kirəmitin xarici görkəmini təqlid edən çox müxtəlif dam örtüyü materialları meydana gəlmişdir. Bu onunla bağlıdır ki, təbii kirəmit  bu gün də rəqabət üçün əlçatmaz nümunədir.

Axrıcı onilliklərdə geniş yayılmış sementli-qumlu kirəmit  keramik kirəmitin bütün üstünlüklərinə malikdir, amma istehsalatda ondan bir az ucuzdur. Rusiyanın inşaat materialları bazarında yüksək keyfiyyətli sementli- qumlu  kirəmit  peyda olmuşdur: Onu alman texnologiyaları ilə Moskva «BRAAS ДСК-1»  zavodu  buraxmağa başlamışdır. Hal-hazırda, o bütün ölkədə  mail damlı binaları bəzəyən və etibarla qorumaq xüsusiyyətinə malik  tanınmış dam örtüyü materialıdır.

Sementli-qumlu kirəmitin tərkibi-təbii kvars qum və 10000S temperaturda gillə üyüdülmüş əhəngin ardıcıllıqla gips əlavə etməklə bişirilməsindən alınan  sement materialıdır. Qumla sementi su ilə qarışdırdıqdan sonra  kristallaşma nəticəsində beton əmələ gəlir. Beton- təbii daşdan fərqlənməyən suni daşdır.  Kirəmitə rəng vermək üçün dəmir oksidi adlanan piqment istifadə olunur.  Beləliklə, sementli-qumlu kirəmit keramik kirəmit kimi ekaloji təmizdir və ondan heç nədə geri qalmır (yalnız estetikada ola bilər). O fiziki-mexaniki və istismar xassələri ilə qeyri-adi uyğunluq təşkil edir:

Üstünlüyü:

-xidmət müddəti 80-120 ildir;

-əyilməyə qarşı yüksək möhkəmlik;

-yüksək şaxtayadavamlılıq;

-yanğın təhlükəsizliyi-bitumdan, PVX-materiallardan, poliestrdən, plastizoldan fərqli olaraq yanmır;

-bioloji təsirlərə, günəş radiasiyasına, kimyəvi aktiv maddələrin və küləyin təsirinə qarşı yüksək davamlılıq;

-yaxşı küyisolyasiyası, metaldan və metalplastdan fərqli olaraq kiik istilikkeçiricilik (yağış, dolu və küləkdən səs vermir; istidə qızmır);

-metal dam örtüyü ilə müqayisədə dama şimşək düşməsi ehtimalı azdır, dam örtüyü yanğın əmələ gətirə bilən və insan üçün təhlükəli olan  statik elektriki toplamır;

-bütün xidmət müddəti boyunca istismara minimum sərfiyyat,  rənglənmiş və sinklənmiş materiallardan fərqli olaraq , rəngləmək lazım deyil;

-kirəmitin sadə montajı, təmiri və bərpası.

 

Kirəmitin xarakteristikası

Keramik kirəmit kimi sementli-qumlu kirəmit xidmət müddəti 100 il olan uzunömürlü dam örtüyü materialıdır. Təbii dam örtüyü odadavamlıdır, günəş radiasiyasına və aktiv mühitə qarşı son dərəcə dayanıqlıdır, yüksək şaxtayadavamlılığa və küyizolyasiyasına malikdir. İstiliyə davamlılığı az olduğuna görə belə dam örtüyü altənda yayda sərin, qışda isti olur. Aşağı istilikkeçiriciliyi ilə materialın massivliyinin(ağırlığının) uyğun olması, kirəmit örtüyün daxili səthində minimum kondensatın əmələ gəlməsini təmin edir.

Keyfiyyətli kirəmiti fərqləndirən ən başlıca meyar, böyük sıxlıq və az məsaməlilikdir, belə ki, məsamələr xüsusilə qapalı olmalıdırlar. Kirəmitin məsaməliliyi nə qədər çox olarsa, onun möhkəmlik xassələri bir o qədər aşağı olar. Bundan əlavə, açıq məsamələr çox olduqca onun rütubəti udmaq və saxlamaq qabiliyyəti də artır.  Suudmanın çox olması da kirəmitin şaxtayadavamlılığını azaldır.  Yüksək məsaməlilik kirəmitin sukeçirməsinə (təzyiq altında su ilə doyma qabiliyyəti) də mənfi təsir edir.  Sukeçirmə, suudma və şaxtayadavamlılığa görə aparılan sınaqlar, sanballı istehsalatın yoxlama sisteminin əsas hissəsidir, baxmayaraq ki, sınaqların aparılma metodu bir-birindən fərqlənə bilər. Son vaxtlara qədər, ayrı-ayrı piltələrin həndəsi ölçülərinin pozulması kirəmitin çatışmamazlıqlarından biri sayılırdı. Müasir kirəmit isə, təmamilə avtomatlaşdırılmış qurğularda hazırlandığından sabit ölçülərə malikdir.

Xüsisiyyətləri

Dam örtüyünün konstruksiyası örtükaltı sahənin funksional təyinatından aslıdır. Əgər o yaşayış yeri (mansard)  kimi istifadə olunursa, ona temperatur-rütubət rejimli uyğun tələblər irəli sürülür. Əgər örtükaltı sahə soyuq çardaq rolunu oynayırsa, onda dam konstruksiyasının ən yaxşı “işi” onu havalandırma ilə təmin etmək zərurətidir. Dam (istilikizolyasiyası və buxarizolyasiyasından əlavə)  konstruksiyasında mansardların quraşdırılması üçün mütləq xüsusi hidroizolyasiyalı qat istifadə olunmalıdır. Uyğun materiallar (hidroizolyasiyalı dam örtüyü plyonkaları) çatıya yığılır.  Onların üstündən şəbəkə düzülürki, ona da dirəklər birləşdirilir və onlaraın da üzərinə kirəmit yığılır.

Kirəmitin növləri

Müxtəlif formalı kirəmitlər və onların yığılması üsulları hələ ox qədimlərdə meydana gəlmişdi. Antik (qədim) kirəmit dam örtüyü müasir örtüklər kimi taxta şəbəkə boyunca  düzülürdü və iki sıradan ibarət idi: yan tərəfdən tilləri çıxan hamar (təknəyəoxşar) kirəmit formasında aşağı sıra, və yuxarı sıra.

Yuxarı sıra üçün aşağıdakı kirəmitlərin qovuşaqlarını örtən novalça formalı kirəmitlər istifadə olunurdu. Endlər (dərəçə) üçün,  dam örtüyünün çökəkləşməsinə cavab verən və düzgün su aximini təmin edən  altıbucaqlı xüsusi plitələr istifadə olunurdu.  Antik modellərə bənzər hamar və novalçalı kirəmitlərin müxtəlif növləri hazırki dövrə qədər qorunub saxlanmışdır. Krımda və Qafqazda tatar və ya “rahib-rahibə” adı ilə tanınan novalçalı kirəmitlər geniş yayılmışdı.İndiyə qədər bu materialla örtülən köhnə evlərə rast gəlmək olar. O kəsilmiş konusun yarısı formasında olub, büsbütün taxta qəlibə aşağıdakı formada düzülür: alt sıradakı kirəmit çökük tərəfi yuxarı, yuxarı sıranı isə çökük tərəfi aşağı olmaqla elə yığırlar ki, onlar kirəmitin alt sırasının qovuşaqlarını örtsün. Bununla yanaşı, plitələrin yuxarı sürası alt sıraya söykənir və şəbəkəyə bağlanmır, yalnız öz çəkisi hesabına saxlanılır. S-şəkilli və ya holland kirəmiti adlandırılan kirəmit dalğa şəklində ( və ya S hərfi) əyilmişdir və bunun da səyəsində hər bir kirəmit ona bitişmiş həmin sıranın qonşu kirəmitini örtür və hər bir sıra özündən əvvəlkini örtür.

Müasir kirəmit bir qayda olaraq, üç əsas tipdə buraxılır: hamar (“qunduz quyruğu”), dalğayabənzər (bir və ya iki dalğa formasında ) və novalçalı (onu həm də “rahib-rahibə” adlandırırlar).Kirəmitin forması onun tətbiq sahəsini və düzülmə üsulunu təyin edir.  Hamar kirəmit çox böyük canfəşanlıqla düzülür, həm də iki və ya hətta üç qatlı düzülmənin bir neçə variantı mövcuddur. Hamar və dalğaşəkilli kirəmitlər  oyuqlu (paz) ola bilir, yəni bir və ya iki kənarında xüsusi oyuqlara malikdir. Onlar daha möhkəm bərkitməni və damın sukeçirməməzliyini təmin edir. Lakin oyuqlu kirəmitin tətbiq sahəsi nisbi məhduddur-sadə dam örtükləri kifyət qədərdir. Əyrixətli səthlərin yaradılması üçün ən yaxşı hamar (qunduz quyruğu) və ya novalçalı  kirəmitlər uyğun gəlir, hərgah başqa hamar (oyuqsuz) formalar da istifadə oluna bilər.

Keramik kirəmitin istehsalının iki texnalogiyası məhşurdur: lent üsulu və basma (damğalama) yolu. Lentvari kirəmit başlanğıcda ayrı-ayrı kirəmitlərə bölünən  lent şəklində formalaşır . Damğalanmış  kirəmiti həmin anda xüsusi metal formalarda presləyirlər.  Lentvari plitə yalnız şaqul boyunca oyuğa, basma isə -həm şaqulu, həm də üfiqi istiqamətdə oyuğa malik ola bilər. Sementli-qumlu kirəmit yalnız lentvari texnologiya ilə istehsal olunur. Keramik və sementli-qumlu kirəmit formaca bir-birinə çox bənzəyirlər, lakin qalınlığına görə fərqlənirlər. Keramik plitə daha incə və nazikdir, sementli-qumlu isə daha qalındır (elə bil onun kənarı kəsilmişdir). Aparıcı istehsalçılar sementli-qumlu kirəmitin çatışmamazlığını aradan qaldırmağa çalışırlar.  Artıq  estetik cazibəni əsaslı surətdə artıran kənarları girdələnmiş plitələrin buraxılması təşkil olunmuşdur.