Mansard

Mansard – binanın istifadə edilən hissəsi olub, eyni zamanda dam rolu oynayan qoruyucu tikilidir.

 

“Mansard mərtəbəsi-çardaq məkanında, fasadı bütünlüklə və ya qismən maili və ya qırıq dam səthlərindən əmələ gələn  mərtəbədir. Bununla yanaşı, fasad və dam müstəvisinin kəsişmə xətti mansardın döşəməsindən 1.5 m-dən çox olmayan  hündürlükdə olmalıdır”.

Mansard, bir qayda olaraq, binanın əsas divarlarının aşağı hüdüdlürında olan bütün binanın və yaxud onun bir hissəsinin  sahəsini tuta bilər. Memarlıq və planlaşdırma həlləri geniş diapazona, binalar isə istənilən sahə və quruluşa malik ola bilər.

Bu gün şəxsi tikintilərdə mansardların xeyrinə olan seçim bir sıra səbəblərə görə bəraət qazanmışdır. Mansardın quruluşu,  nəzərəçarpacaq dərəcədə yerə, tikintiyə xərclənən vəsaitə qənaət edərək, yaşayış sahəsindən əlverişli surətdə istifadə etməyə  imkan verir. Binanın çardağ sahəsində və ya hamar damında mansard mərtəbəsinin qurluşu dam örtüyündən istilikitirməni  7-9% azaldır. Əgər mansard damının qurulmasının bütün tüxnoloji incəliklərinə riayət edilərsə, dam örtüyünün təmiri ilə  bağlı bütün xərcləri azaltmaq olar.

Damın mansard qurğusu həm aşağıdan, həm də yuxarıdan müxtəlif təsirlərə məruz qalması ilə şərtlənən özunəməxsus fərqlərə  malikdir:yaşayış yerlərindən yuxarı qalxan isti nəm hava kondensat formasında damın daxili səthinə düşür. Bununla bağlı olaraq, mansardlı damlırın təqdim olunan konstruksiyasının tələblərinə ciddi riayət etmək zəruridir, daha dəqiq istilikizolyasiya, hidroizolyasiya və buxarizolyasiyalı qurğuları qorumaq lazımdır. Mansard mərtəbəsi xarici mühit ilə təmasda olan ən böyük ümumi sahəyə malikdir, buna görə də, o effektli və dəqiq istilikizolyasiyanı tələb edir. İsidici qismində adətən mineralyunlu(minerlovatnie) lövhələrdən istifadə olunur. İsidicinin daxili hissəsinə (yaşayış yerinə çevrilmiş hissəsi) buxarizolyasiya, xarici hissəsinə isə hidroizolyasiya kimi baxılır. İsidicinin üst tərəfilə dam örtüyünün alt tərəfi arasında havalandırma sahəsinin olması vacibdir, bu da öz növbəsində maneələrdən və istilikizolyasiyalı qatdan sıza biləcək qaçılmaz isti nəm hava kütləsinin havalandırılmasına və təmizlənməsinə səbəb olacaq.

Mansardın layihələndirilməsi

Mansardın planlaşma variantının seçilməsi bina bünövrəsinin planlaşmasının analizinə əsaslanmalıdır. Vizual qavrayış səviyyəsindən asılı olaraq, ən böyük rolu damın həndəsəssi ilə təyin olunan xəttlər və fəormalar oynayır. Mansard məkanlarının yerləşdirilməsinin ən vacib şərti onların bina bünövrəsinin kommunikasiya strukturu ilə qarşılıqlı əlaqəsidir.
Mövcud olan və layihələnən mühəndis sisteminin qarşılıqlı əlaqəsinin zəruriliyi və onların birgə işinin təmin olunması.(Mansardın funksiyası bina bünövrəsinin funksiyası ilə uyğun gəlmədiyi hallarda xüsusi texniki həllərin işlənməsi tələb olunur).

Yaşayış yerlərinin forma və görkəmi, şəffaf qoruyucuların seçimi (şaquli və ya meyilli pəncərələr),onların interyerinin qurulmasının memari tərtibatı ilə qarşılıqlı əlaqəsini nəzərə alaraq yerləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Mansardın detalları və əhatələmə materiallarının konstruksiyasının sxemi bina bünövrəsinin memari formalarının və konstruksiyasının birliyini nəzərə alaraq müəyyən olunur(yüngül konstruksiyalar, detallar və məmulatların istifadəsi əsas tələbdir).

Kəskinenişli(kəskinmeyilli) damı olan mansardlar istilikqorumanı, kipbağlamanı və hidroizolyasiyanı təmin edən dam örtüyü materialların seçilməsində xüsusi yanaşma tələb olunur.

Sakinləri əsas binadan evakuasiya etmədən mansardın inşası istehsal işlərinin maksimal təhlükəsizliyinin ,konstruksiya və detalların çəkisinin azaldılması, təhlükəsizlik və qoruyucu elementlərin qurulmasının xüsusi metodunu tələb edir.

Mansardın tikintisi

Damın konstruksiya və həndəsəsi binanın memari formasının tac hissəsinin müəyyən edir, bud a öz növbəsində, funksional təyinatı ilə şərtlənən, konstruktiv və memarlıq həllərinin daxili fəza ilə qarşılıqlı əlaqəsinin tamlığını yaratmaq zərurətidir.

Mansard qatının bu və ya digər memarlıq-inşaat sisteminin seçilməsi konstruksiya və hasarlamanın daşınmasını müəyyən etməyi, və eləcə də şəhərin tikilən obyektlərində tikinti işlərinin təşkilini özündə birləşdirir.

Mansard qatları üçün yüngül materillar və konstruksiyalar seçmək məsləhət görülür, belə ki, bir tərəfdən onların mərtəbəyə daşınmasını maksimal dərəcədə asanlaşdırmaq, digər tərəfdən isə artıq mövcud binaya daşınan yükü nəzərə alaraq, konstruksiyanın özünün çəkisi də minimal olmalıdır.


Bu ilkin şərtlər bbütünlükdə onu göstərir ki, konstruksiyanı ağac tərkibli materiallardan və ya nazikdivarlı soyq bükülmüş matal profillərdən seçmək lazımdır. Restavrasiya olan mansard qatlarda və eləcə də yeni tikilən binalarda daşıyıcı konstruksiya qurmaq üçün daş və beton materiallardan istifadə etmək tövsiyə olunmur.

Dam örtükləri də bu ilkin şərtlərə uyğun gəlməlidirlər, yəni başlıca olaraq, metal laylar, metalkirəmit və buna oxşar yüngül materiallardan təşkil olunmalıdır. Artıq mövcud tiklinin sahəsinin qorumaq məqsədi olan zəruri hallarda, örtük gil və ya sementli-qumlu kirəmitdən, rəngli metallardan və digər materiallardan hazırlanır.

Mansard örtüyünün daxili üzlüyü əsasən alçıpan təbəqələrdən hazırlanır. Daxili arakəsmələri nazikqatlıprofilli dayaqlara uyğun ədəd-ədəd alçıpanlı quraşdırma məqsədəuyğundur.
Əsasən, aşağı mərtəbələr onlardan yuxarıda “istilik yastığının” olmaması səbəbindən istilik itgisinə məruz qalırlar. O xarici mühit ilə qarşılıqlı təsirdə ola bilən böyük ümumi səthə malikdir. Ona görə də komfort və qənaət mülahizələrinə uyğun effektli və dəqiq istilikizolyasiyası lazımdır.

Yüksək istilikizolyasiyası zamanı daha ciddi tələb termiki isitməyə və onun həyata keçirilməsinə qoyulur.Belə isitmə isti havanın sıxılmış təbəqədən sızmasına imkan vermir. İstilikayırma üçün effektli isidici, məsələn, , l=0.004 Вт/м °С qalınlıqlı mineral iplikli lövhələr istifadə olunur.

İsidicinin daxili hissəsinə (yaşayış yerinə çevrilmiş hissəsi) buxarizolyasiya, xarici hissəsinə isə hidroizolyasiya qatı kimi baxılır. İsidicinin üst tərəfilə dam örtüyünün alt tərəfi arasında havalandırma sahəsinin olması vacibdir, bu da öz növbəsində maneələrdən və istilikizolyasiyalı qatdan sıza biləcək qaçılmaz isti nəm hava kütləsinin havalandırılmasına və təmizlənməsinə səbəb olacaq.

Mansardın işıqlandırılması

Mansard mərtəbəsi üçün təbii işıq mənbələri qismində düz yerləşdirilmiş ənənəvi pəncərələr və bu məqsədlər üçün xüsusi hazırlanmış dam örtüyü müstəvisində yerləşdirilən (150 -900 meylliliklə) mansard pəncərələrindən istifadə olunur.

Mansard pəncərələri ənənəvi pəncərələrlə müqayisədə çox kiçik oyuqlardan belə lazımi qədər işığ buraxır. Mansard pəncərələrin işıqlı sahələri, mansard qatındakı bütün mənzillərdəki yaşayış otaqlarının və mətbəxlərin döşəməsinin və yataqxanaların sahəsinə minimal nisbətində , yəni 1:10 nisbətində yerləşdirilmişdir.Mansard pəncərələrdən işıq bütün sahəyə bərabər yayılır və bununla belə işığı zəiflədən aralıq boğuq yansımalar olmur.